ABŞ və İran arasında üzbəüz görüşlər üçün hələ çox tezdir – Tramp

Baş səhifə

Bakı.Trend:

ABŞ və İran arasında üzbəüz sülh danışıqlarının keçirilməsi üçün
hələ çox erkəndir.

Trend xəbər verir
ki, bunu ABŞ Prezidenti Donald Tramp “The New York Post” nəşrinə
açıqlamasında bildirib.




Nəşrin jurnalisti Pakistan mediasında ilkin sülh sazişinin
bağlanma ehtimalının yüksək olduğu barədə xəbərlərə diqqət çəkib və
danışıqların yeni raundunu işıqlandırmaq üçün “The New York Post”un
öz müxbirini yenidən İslamabada göndərib-göndərməməli olduğunu
soruşub, ABŞ Prezidenti isə buna lakonik cavab verib: “Məncə, buna
ehtiyac yoxdur”.

Bundan əvvəl Ağ Ev rəhbəri öz “Truth Social” səhifəsində İran
rəhbərliyini xəbərdar edərək, danışıqların iflasa uğraması
təqdirində bombardmanların daha intensiv hal alacağını
yazmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir