
Bakı. Trend:
Fevralın 3-ü saat 05:10 radələrində 2002-ci il təvəllüdlü şəxs
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik
Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə
hospitalizasiya olunub.
Bu barədə Trend-ə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat
verilib.
Bildirilir ki, ona döş qəfəsinn arxa divarının açıq yarası
diaqnozu təyin olunub.
“Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam
etdirilir, vəziyyəti orta ağırdır”, məlumatda vurğulanıb.
Qeyd edək ki, dünən Gəncədə “Kəpəz” futbol klubunun futbolçusu
Veysəl Rzayev bıçaqlanıb.

