Yeni gömrük qaydası:

Baş səhifə

“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilib. Qaydalara edilən dəyişikliklə fiziki şəxslər hər təqvim ili ərzində yalnız bir dəfə mobil cihazı güzəştli (ödənişsiz) qaydada gömrük sərhədindən keçirə biləcəklər. Bu zaman Vergi Məcəlləsinin aksiz vergisi ilə bağlı tələbləri nəzərə alınacaq. Bəs bu mağazalarda telefonların qiymətinin artmasına səbəb olacaq?

Elektronika üzrə mütəxəssis Anar Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, bu qərar bir çox insan tərəfindən tam oxunmadan və yanlış başa düşülərək dəyərləndirilir.

Onun sözlərinə görə, bəzi şəxslər elə hesab edir ki, guya hər hansı cihazı, məsələn “iPhone 17 Pro” əldə etdikdə, onu ildə bir dəfə gömrük rüsumu ödəmədən bəyan edib istifadə etmək mümkün olacaq. Lakin bu, belə deyil:

“Bu qayda illərdir mövcuddur və tətbiq olunur. Əvvəllər siz xaricdən cihaz əldə etdikdə və gömrük rüsumu ödəmək üçün müraciət etdikdə, əgər cihazın dəyəri 800 ABŞ dollarına qədər idisə, heç bir rüsum ödəmirdiniz. Əgər cihazın qiyməti 800 dollardan yuxarı olurdusa, məsələn 1600 dollar, bu zaman məbləğdən 800 dollar çıxılır və qalan hissənin 36%-i həcmində vergi və gömrük rüsumu ödənilirdi. Bu prosesi isə hər xarici ölkəyə səfər etdikdə həyata keçirmək mümkün idi. Yeni qərara əsasən isə, bu prosedur artıq ildə yalnız bir dəfə tətbiq olunacaq. Yəni bu, ödənişsiz imkan deyil, əksinə mövcud imkanların bir qədər məhdudlaşdırılması deməkdir. Artıq bu əməliyyatı hər səfər zamanı deyil, ildə cəmi bir dəfə həyata keçirmək mümkün olacaq”.

A.Məmmədov qeyd edib ki, bu səbəbdən elektron cihazların qiymətlərində müəyyən artımların müşahidə olunması gözlənilir.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir