Ötən il Azərbaycan Gürcüstana elektrik enerjisi ixracından 29 milyon dollara yaxın gəlir götürüb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Gürcüstana 500,776 milyon kVt/saat
həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in
Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu miqdarda
elektrik enerjisinin ixracından əldə olunan gəlir 28,943 milyon ABŞ
dolları olub.

Gürcüstana elektrik enerjisi ixracı 2024-cü ildəki göstərici ilə
müqayisədə həcm ifadəsində 637,1 milyon kVt/saat və ya 2,3 dəfə,
dəyər ifadəsi ilə 29,363 milyon ABŞ dolları, yaxud 2 dəfə
azalıb.

Eyni zamanda, 2025-ci ildə Gürcüstandan Azərbaycana 3,259 milyon
ABŞ dolları dəyərində, 50,145 milyon kVt/saat həcmində elektrik
enerjisi ixrac edilib.




Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 449 min
ABŞ dolları və ya 16%, həcm ifadəsində isə 6,9 milyon kVt/saat və
ya 16% çoxdur.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan ümumilikdə dörd ölkəyə
– Rusiya, Gürcüstan, İran və Türkiyəyə 70,084 milyon ABŞ dolları
dəyərində 1,230 milyard kVt/saat elektrik enerjisi ixrac
edilib.

Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və
İrandan 7,579 milyon ABŞ dolları dəyərində 177,7 milyon kVt/saat
elektrik enerjisi idxal edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir