
Bakı. Trend:
2026-cı ilin I rübündə Azərbaycanda ödəniş kartları ilə
ölkədaxili 1 milyon 350 min 492 manatlıq 4 995 fırıldaqçılıq halı
baş verib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin IV rübü ilə müqayisədə müvafiq
olaraq 24,3% az və 47,5% çoxdur.
Hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq
hallarının dəyəri ötən ilin son rübü ilə müqayisədə 12,2% azalaraq
325 min 335 manat olub, fırıldaqçılıq hallarının sayı isə 10,7%
artaraq 6 020 təşkil edib.
2026-cı ilin I rübündə ölkədaxili baş vermiş fırıldaqçılığın
21,4%-i hesabın ələ keçirilməsi, 78,6%-i digər hallarla, ölkəxarici
fırıldaqçılıq hallarının isə 60,2%-i kartın fiziki iştirakı
olmadan, 39,8%-i digər hallarla bağlı olub.
Dövr ərzində ölkədaxili fırıldaqçılığın 98,3%-i elektron ticarət
və mobil tətbiq üzərindən, 1,7%-i isə digər hallarda, ölkəxarici
fırıldaqçılığın isə 80,6%-i elektron ticarət və mobil tətbiq
üzərindən, 19,4%-i isə digər hallarda baş verib.

