Cənub Qaz Dəhlizinin yüksək effektivliyi yeni bazar imkanları və artım perspektivləri yaradır – AGSC

Baş səhifə

Bakı. Trend:

Biz Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsini gücləndirməyə
davam edəcək və “Azerbaijan Gas Supply Company Limited” (AGSC)
şirkətinin bütün bazarlarda etibarlılığını təmin edəcəyik.

Trend xəbər verir
ki, bunu bu gün AGSC baş direktoru Lidiya Salahova Bakıda Cənub Qaz
Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclasında çıxışında
bildirib.




Onun sözlərinə görə, Avropanın enerji bazarı tənzimləmə
sahəsində sürətli dəyişikliklərə məruz qalır və bu dəyişikliklər
daha sərt standartlar tələb edir ki, şirkətlər də onlara operativ
şəkildə uyğunlaşmalıdır.

“Bu, daha yüksək şəffaflıq, ciddi nəzarət və daha dayanıqlı
həllərə dair tələblər deməkdir. AGSC bütün hallarda bu
dəyişikliklərə çox ciddi yanaşır və qürurla bildirir ki, bazara
nisbətən yaxın zamanda daxil olmasına baxmayaraq, biz ilk gündən
etibarən tənzimləyici tələblərə əməl olunmasını fəaliyyətimizin
təməl daşı etmişik və biznesin bütün mərhələlərində riskləri
effektiv şəkildə idarə edirik. Gələcəyə baxaraq, Azərbaycanın
regional və Avropa enerji təhlükəsizliyinə töhfəsini daha da
gücləndirməyə, kommersiya imkanlarımızı optimallaşdırmağa və
AGSC-nin xidmət göstərdiyimiz bütün bazarlarda etibarlı,
nəticəyönümlü təchizatçı olaraq qalmasını təmin etməyə sadiqik. Bu
gün biz görürük ki, Cənub Qaz Dəhlizinin yüksək səmərəliliyi yeni
bazar imkanları və artım perspektivləri yaradır”, – L. Salahova
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir