
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın şərqində yerləşən Bəqaa
vadisində “Hizbullah” mövqelərinə qarşı hava zərbələri ərəfəsində
mülki əhali üçün yeni genişmiqyaslı təxliyə xəbərdarlığı yayıb.
Trend bu barədə
“Times of Israel”ə istinadən xəbər verir.
“Bəqaa bölgəsinin sakinlərinə, xüsusilə Nabi Çit, Xader, Sarain
əl-Fövqa və Sarain ət-Tahta kəndlərinin sakinlərinə təcili
xəbərdarlıq. ‘Hizbullah’ın bölgədəki fəaliyyəti IDF-ni onun hərbi
infrastrukturunu hədəf alaraq güc tətbiq etməyə məcbur edir. IDF-in
sizə zərər vermək niyyəti yoxdur”, – IDF sözçüsü polkovnik Aviçay
Adrai bildirib.
Adrai xəbərdarlıq edib ki, Hizbullah üzvlərinin, onların
obyektlərinin və ya silahlarının yaxınlığında olan hər kəs öz
həyatını və ailə üzvlərinin həyatını riskə atır.
“Evlərinizə qayıtmağın təhlükəsiz olduğu vaxt barədə sizi
məlumatlandıracağıq”, – o əlavə edib.

