İsrail və Livan atəşkəs barədə razılığa gəlib

Baş səhifə

Bakı. Trend:

İsrail və Livan nümayəndələri ABŞ-də keçirilən danışıqların
yekununda atəşkəsin icrası ilə bağlı razılıq əldə ediblər.

Trend xəbər verir ki,
bu barədə tərəflərin ABŞ Dövlət Departamentinin mətbuat xidməti
vasitəsilə yayımlanan birgə bəyanatında məlumat verilib.

Bəyanatda qeyd olunur ki, İsrail və Livan nümayəndə heyətləri
iyunun 2-3-də Vaşinqtonda bir sıra görüşlər keçiriblər.




Sənədə əsasən, ABŞ-nin vasitəçiliyi ilə aparılan müzakirələr
nəticəsində tərəflər atəşkəs rejiminin həyata keçirilməsi və onun
şərtlərinə əməl olunması barədə ortaq mövqeyə gəliblər.

Razılaşmaya görə, Livanın radikal “Hizbullah” hərəkatı bütün
hərbi fəaliyyətləri tam dayandırmalı, təşkilatın silahlı qüvvələri
isə Litani çayının cənubunda yerləşən ərazilərdən
çıxarılmalıdır.

Bununla yanaşı, Beyrut ölkə ərazisində dövlət nəzarətini
gücləndirmək məqsədilə ABŞ-nin dəstəyi ilə Livan Silahlı
Qüvvələrinin imkanlarının artırılması istiqamətində öhdəlik
götürüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir