ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırmağa hazırlaşır

Baş səhifə

Bakı. Trend:

Vaşinqtonun yaxın günlərdə Ukraynaya dəyəri 400 milyon dollar
olan növbəti hərbi yardım paketini təqdim edəcəyi gözlənilir.

Trend xəbər verir ki,
bu barədə ABŞ dövlət katibi Marko Rubio Senatın Təxsisatlar
Komitəsində keçirilən dinləmələr zamanı danışıb.




Onun sözlərinə görə, yardım paketinin təsdiqlənməsi ilə bağlı
hökumət strukturları arasında zəruri koordinasiya işləri artıq
həyata keçirilib və məsələ ilə bağlı rəsmi məlumatın tezliklə
açıqlanması mümkündür.

Rubio vurğulayıb ki, Ukraynaya silah və hərbi texnikanın
çatdırılması məsələsi təxirəsalınmaz xarakter daşıyır və bununla
bağlı operativ qərar qəbul edilməsinə ehtiyac var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir