DİM martın 9-da keçirilmiş buraxılış imtahanı suallarının çətinliyi ilə bağlı iddialara aydınlıq gətirib

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış
qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi
metodiki çərçivə çox aydın və birmənalıdır – bunlar hazırda
ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların
əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır.
İmtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə
alınır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq DİM-dən məlumat
verilib.

“Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda
belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik
iştirakçıları bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə
test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə
edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent
deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək
tələb olunur.

Ümumiyyətlə imtahanın asan və ya çətin olması nisbi bir
məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu,
əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə
görəsə asan ola bilər. Ancaq ənənəvi təhlillər göstərir ki, test
tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən
səsləndirilən mülahizələr həqiqətə uyğun olmur. İmtahanın
mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən
edilmir. Burada əsasən hər imtahandan sonra zəif hazırlıqlı
iştirakçılar yazırlar. Bu hər il təkrarlanır.




Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç
kəs konkret fikir söyləyə bilməz. Nəticələr elan olunduqdan sonra
lazımi göstəricilər ictimaiyyətə təqdim olunur. Həmin vaxt biz
görürük ki, imtahan normal olub və iştirakçıların bilik
səviyyələrinə uyğun normal sıralaması həyata keçirilib.

Əvvəlki illərin imtahan nəticələrinin elmi-statistik təhlili ilə
Mərkəzin saytında “Abituriyent” jurnalının 12 saylı buraxılışında
tanış ola bilərsiniz.

Dövlət İmtahan Mərkəzi imtahanlardan dərhal sonra bütün
tapşırıqları və onların izahını da Mərkəzin saytına və sosial
şəbəkə hesablarına yerləşdirir. İmtahanda iştirak edənlər, həmçinin
valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqları ilə
tanış ola bilirlər. Sual kitabçaları da imtahan iştirakçılarına
verilir. Bütün bunlar imtahanının məzmununun ictmaiyyət üçün nə
qədər açıq olmasının bariz göstəricisidir”.

Qeyd edək ki, müəllimlər və uşaqlar martın 9-da keçirilən
buraxılış imtahanının əvvəlki illərlə müqayisədə çətin olduğunu
qeyd edirlər. Sosial mediada aparılan müzakirələrdə xüsusilə,
azərbaycan dili və riyaziyyat suallarının olduqca qəlizliyini, eyni
zamanda, açıq tipli sualların çətin olduğu üçün vaxt çatmadığını
qeyd edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir