
Bakı. Trend:
Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev Serbiyanın
Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal
əldə edib.
Trend xəbər verir
ki, 82 kiloqram çəki dərəcəsində çıxış edən idmançı final görüşündə
gürcüstanlı Tornike Mikeladzeni 3:2 hesabı ilə məğlub edərək fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Elmin Əliyev U-23 Avropa çempionu titulunu
qazanıb.
Qeyd edək ki, turnir martın 15-də yekunlaşacaq.

