Əraqçi Türkiyə, Misir və Pakistan XİN rəhbərləri ilə regiondakı son hadisələri müzakirə edib

Baş səhifə

İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə, Misir və Pakistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Əraqçi öz “Telegram” kanalında məlumat verib.

O, XİN rəhbərləri ilə regiondakı son hadisələri müzakirə edərək mövzu ilə bağlı fikir mübadiləsi aparıb.

Əraqçi ABŞ və İsrailin İranın infrastrukturuna hücumlarını gərginliyi artırmaq və regionda sabitliyi pozmaq məqsədi daşıyan bir hərəkət kimi qiymətləndirdiyini deyib.

O region ölkələri arasında sayıqlıq və koordinasiyanın vacibliyini vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir