
Bakı. Trend:
Azərbaycanın minifutbol hakimi Ramil Namazov bu il Slovakiyanın
paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatına təyinat
alıb.
Trend-in
məlumatına görə, referi turnirin oyunlarını idarə edəcək 14 ədalət
təmsilçisi arasında yer alıb.
Qeyd edək ki, mayın 27-dən iyunun 4-dək təşkil olunacaq Avropa
çempionatında Azərbaycanın minifutbol yığması da çıxış edəcək.
Milli komanda Fransa, İtaliya və Avstriya seçmələri ilə birlikdə F
qrupunda mübarizə aparacaq.

