Azərbaycanın axtarış sistemləri bazarında “Google”un payı məlum olub

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın axtarış sistemləri bazarında “Google”un iyun
ayındakı payı məlum olub.

Global Stats Statistika Mərkəzinin məlumatına əsasən, 2026-cı
ilin iyun ayının yekunlarına görə, “Google” Azərbaycanın axtarış
xidmətləri bazarındakı liderliyini inamla qoruyub saxlayıb.

Bildirilib ki, cari ilin iyun ayında “Google”un Azərbaycanda
bütün platformalar (kompüterlər, mobil cihazlar və tabletlər) üzrə
bazar payı 98,51 faiz təşkil edib. Bu göstərici may ayı ilə
müqayisədə 4,32 faiz bəndi çoxdur.




Bundan əlavə, “Global Stats”ın məlumatına görə, ikinci yerdə
qərarlaşan “Yandex” bazar payını 3,83 faiz bəndi itirərək 0,78
faizə endirib.

“Üçüncü yeri tutan “Bing”in bazar payı 0,25 faiz bəndi azalaraq
0,6 faizə çatıb. Dördüncü yerdə bazar payı 0,13 faiz bəndi azalaraq
0,06 faiz təşkil edən “DuckDuckGo” qərarlaşıb. İlk beşliyi isə
bazar payı bir ay ərzində 0,08 faiz bəndi azalaraq 0,05 faizə enən “Yahoo!” tamamlayır”, – deyə məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir