
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) Livanda “Hizbullah”a məxsus
infrastruktur obyektlərinə qarşı Beyrut şəhərində hava zərbələri
endirdiyini açıqlayıb.
Trend İsrail
KİV-ə istinadən xəbər verir ki, hadisənin Beyrutun cənubunda baş
verdiyi bildirilir.
Hazırda hücumla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

