
Bakı.Trend:
Aprelin 1-i saat 23 radələrində Cəlilabad rayonunun Maşlıq
kəndində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Trend-in
məlumatına görə, 1941-ci il təvəllüdlü kənd sakini Bəhrəm Nuriyev
yaşadığı, qohumuna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində
yerləşən yardımçı tikilidə baş vermiş yanğın zamanı həyatını
itirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

