Azərbaycanda XÖHKS vasitəsilə aparılmış əməliyyatların həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2026‑cı ilin fevral ayında Azərbaycanda Xırda Ödənişlər üzrə
Hesablaşma Klirinq Sistemi (XÖHKS) vasitəsilə aparılmış
əməliyyatların həcmi 3,825 milyard manat, sayı isə 7,822 milyon
ədəd təşkil edib.

Bu barədə Trend
Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.




Ötən ilin fevral ayı ilə müqayisədə XÖHKS vasitəsilə aparılmış
əməliyyatların həcmi 211 milyon manat və ya 3,8 faiz artıb,
əməliyyatların sayı isə 5,587 milyon ədəd və ya 41,7 faiz azalıb.
Bu dövrdə 2025‑ci ilin fevral ayında əməliyyatların həcmi 3,614
milyard manat, sayı isə 13,409 milyon ədəd olub.

Qeyd edək ki, fevral ayına olan vəziyyətə görə Azərbaycanda bank
sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş
kartlarının sayı öncəki ayla müqayisədə 191 min ədəd artıb və
ümumilikdə 22 milyon 347 min ədəd təşkil edib. 2025-ci ilin müvafiq
dövrü ilə müqayisədə isə bu göstərici 10 faiz artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir