
Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbayacanda kredit təşkilatlarının
müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 32,002 milyard
manat, vaxtı keçmiş kreditlərin həcmi isə 562 milyon manat təşkil
edib.
Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, cəmi kredit
qoyuluşlarının 27,7 milyard manatını milli valyutada kreditlər
təşkil edib.
Milli valyutadakı kreditlərin 462,5 milyon manatının ödəmə vaxtı
keçib.
Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,332 milyard manatı
xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 99,5
milyon manatının ödəmə vaxtı keçib.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin martın 1-nə
milli valyutada qoyulmuş kreditlər 2,615 milyard manat və ya 10,4%
artıb, xarici valyutada qoyulmuş kreditlər isə 15,8 milyon manat və
ya 0,4% azalıb.
Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,458
milyard manatını qısamüddətli, 23,213 milyard manatını uzunmüddətli
kreditlər, xarici valyutadakı kreditlərin isə 1,315 milyard
manatını qısamüddətli, 3,017 milyard manatını isə uzunmüddətli
kreditlər təşkil edib.

