
Bakı. Trend:
AXCP sədri Əli Kərimlinin mühafizəçisi olmuş Novruz Tağıyevin
cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu barədə N.Tağıyevin vəkili Nemət Kərimli Trend-ə məlumat verib.
O qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə
əsasən, o, Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci
maddələri ilə təqsirli bilinib.
Məhkəmənin qərarı ilə N.Tağıyev 6 il müddətinə azadlıqdan məhrum
edilib.
Qeyd edək ki, o, ev alqı-satqısı sahəsində vasitəçilik
fəaliyyəti ilə məşğul olub. N.Tağıyev vətəndaşın 71 min manatını
dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

