Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib

Baş səhifə

Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib.

APA-nın şimal bölgə müxbirinin məlumatına görə, aprelin 3-də Siyəzən Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə 5 nəfər müraciət edib.

Onlardan 2 nəfər – Rəsulova Leyla Şamil qızı (10.07.2012) və Hacıyeva Xəyalə Adil qızı (11.04.1996) təcili tibbi yardım briqadası (103 xidməti) vasitəsilə xəstəxanaya çatdırılıb. Digər 3 nəfər – Kərimova Azadə İsmayıl qızı (27.03.1989), Cəlilova Zeynəb Şəfaqət qızı (20.11.1996) və Nəzərova Vəfa Mürvət qızı (22.12.1980) isə yaxınları tərəfindən tibb müəssisəsinə gətirilib.

Xəstələrin xəstəxanaya qəbul olunarkən vəziyyətlərinin stabil olduğu bildirilib. Onlar əsasən boğulma hissi, boğazda qıcıqlanma və ürəkbulanma şikayətləri ilə müraciət ediblər. Hər 5 xəstəyə yerindəcə yardım göstərilib. Vəziyyətləri stabilləşəndən sonra evə buraxılıblar.

Xanım Məmmədova

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir