Maştağada qəzalı təxliyə xətti bərpa edilib

Baş səhifə

Bakı. Trend:

Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində yerləşən, İri
Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olmayan
qəzalı və istismara yararsız təxliyə xətti Sabunçu rayon Sukanal
İdarəsinin əməkdaşları tərəfindən aşkar edilərək təmir olunub.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Trend-ə bildirilib ki,
aparılmış bərpa işləri çərçivəsində xəttin 18 metrlik hissəsi
yenilənib və istifadəyə yararlı vəziyyətə gətirilib.




Görülmüş tədbirlər nəticəsində əraziyə yığılan yağış sularının
nasos vasitəsilə sözügedən xəttə yönəldilərək kənarlaşdırılması
təmin ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir