
Bakı. Trend:
Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il təşkil
olunan “Bankçılıq Mükafatları” çərçivəsində qaliblər müəyyən
edilib. Xalq Bankın 2025-ci il ərzində müxtəlif istiqamətlər üzrə
həyata keçirdiyi fəaliyyəti ABA tərəfindən 5 nominasiyada mükafatla
qiymətləndirilib:
“Maliyyə savadlılığı dəstəkçisi”;
“Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin
tətbiqi”;
“Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”;
“Təhsil dəstəkçisi”;
“Korporativ Sosial Məsuliyyət”.
Ötən il Xalq Bank 2024-2026-cı illər üzrə Strategiyasının
icrasını davam etdirərək qeyd edilmiş istiqamətlərdə təqdim etdiyi
layihələr və təşəbbüslərlə yadda qalıb.

