Azərbaycanın qızıl ixracından gəliri 51% artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 60,7 milyon ABŞ
dolları dəyərində qızıl ixrac edib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üçün
mart sayına istinadən xəbər verir.




Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51%
çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə
müqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dolları təşkil edib.
2026-cı ilin yanvar-fevral ayında yeyinti məhsulları üzrə ixrac
30,5% artaraq 200,6 milyon ABŞ dollarına bərabər olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir