Göygöldə bitişik evlərdə yanğın: bir neçə tikiliyə ziyan dəyib

Baş səhifə

Bakı.Trend:

Göygöl şəhərində bitişik tikililərdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə
nəticəsində bir neçə fərdi yaşayış evinə ziyan dəyib. Belə ki,
ümumi sahəsi 70 m² olan evin dəhlizinin tavanı 25 m² sahədə və dam
örtüyünün yanar konstruksiyaları 70 m² sahədə, ümumi sahəsi 120 m²
olan evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə, digər
70 m²-lik evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə,
həmçinin 200 m² sahəsi olan evin dam örtüyünün 5 m² hissəsi
yanıb.

Bundan başqa, bitişik ümumi sahəsi 90 m² olan talvarın yanar
konstruksiyaları da alovlara məruz qalıb.




Yanğın zamanı evlərin qalan hissəsi və ətrafdakı digər tikililər
yanğından mühafizə olunub. Hadisə yerinə cəlb olunan yanğından
mühafizə bölmələri tərəfindən alov qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir