ABŞ prezidenti İranı daş dövrünə qaytaracaq – Ağ Ev rəsmisi

Baş səhifə

Bakı. Trend:

İran İslam Respublikasının rəhbərliyi ABŞ ilə saziş
bağlamayacağı təqdirdə İranı daş dövrünə qaytaracaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn
Levitt jurnalistlərə bildirib.

“İran hakimiyyəti sabah 20:00-a kimi ( Bakı vaxtı ilə 8 aprel
05:00-a kimi) saziş bağlamlıdır. Əks təqdirdə Prezident Tramp vəd
etdiyi kimi onları daş dövrünə qaytaracaq”, – Levitt bildirib.




Bundan əvvəl Ağ Ev rəhbəri İranda bütün elektrik stansiyaları və
körpüləri məhv etməklə xəbərdar etmişdi.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir