“Elektron məhkəmə” informasiya sistemi ilə bağlı rəsmi açıqlama

Baş səhifə

Bakı, Trend:

Məhkəmə-Hüquq Şurası yenilənmədən sonra istifadəyə verilmiş
“Elektron məhkəmə” informasiya sistemi ilə bağlı yaranan
çətinliklərə münasibət bildirib.

Şuradan Trend-in
sorğusuna cavab olaraq bildirilib ki, yeni sistemə keçid zamanı
əvvəlki platformada mövcud olan bütün məlumatlar, informasiya və
sənədlər uğurla yenilənmiş sistemə köçürülüb və məhkəmələrin
icraatında olan elektron işlərdə öz əksini tapıb.

Qeyd olunub ki, keçid prosesi ilə bağlı yaranmış çətinliklər
üzrə müraciətlərin operativ cavablandırılması üçün Şuranın 887
nömrəli qaynar xətti həftənin bütün günləri fasiləsiz fəaliyyət
göstərir.




Açıqlamada vurğulanıb ki, 2014-cü ildən istifadə edilən
“Elektron məhkəmə” informasiya sisteminin yeni interfeys və proqram
təminatı əsasında yenidən qurulmasına zərurət yaranıb. Bildirilib
ki, yenilənmiş platforma əlavə imkanlarla zənginləşdirilib.

Yeni sistem vasitəsilə vətəndaşlar, vəkillər və digər proses
iştirakçıları məhkəmə xidmətlərindən daha sürətli və rahat şəkildə
istifadə edə biləcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir