
Bakı. Trend:
Azərbaycanda aktiv əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı
2,6 faiz artıb.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.
Belə ki, bu ilin aprelin 1-nə ölkədə aktiv vergi ödəyicilərinin
sayı ilin əvvəli ilə müqayisədə 1,4 faiz artaraq 871.138, aktiv ƏDV
ödəyicilərinin sayı isə 2,6 faiz artaraq 59.942 təşkil edib.
Məlumata əsasən, həmin tarixə aktiv təsərrüfat subyektlərinin
(obyektlərinin) sayı 2,2 faiz artıb və 237.896 olub.

