Əqli Mülkiyyət Agentliyində dəyişiklik

Baş səhifə

Bakı. Trend:

Əqli Mülkiyyət Agentliyinin əqli mülkiyyət mübahisələri üzrə
Apellyasiya şurasının sədri vəzifəsi dövlət qulluğu vəzifələrinə
uyğunlaşdırılacaq.

Trend-in əldə
etdiyi məlumata görə, söhbət “İnzibati və yardımçı vəzifələrin
Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrindən
gedir.




Belə ki, Əqli Mülkiyyət Agentliyi Ədliyyə Nazirliyi, Maliyyə
Nazirliyi, Dövlət İmtahan Mərkəzi və icra prosesində müəyyən
ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi
şəxsləri) ilə razılaşdırmaqla Əqli Mülkiyyət Agentliyinin əqli
mülkiyyət mübahisələri üzrə Apellyasiya şurasının sədri vəzifəsinin
“İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən
dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması ilə bağlı
təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim
etməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir