
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Litva arasında
ticarət əməliyyatlarının həcmi 3,557 milyon ABŞ dolları təşkil
edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 215 min ABŞ dolları və ya 5,7% azdır.
Hesabat dövründə Litva ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 0,04%-i həcmində olub.
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Litvaya 777 min
dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 29 min ABŞ dolları və ya təqribən 3,9% çoxdur.
Hesabat dövründə Azərbaycan Litvadan 41,3 milyon ABŞ dolları
dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin
eyni dövrü ilə müqayisədə 244 min ABŞ dolları və ya 8,1% azalma
deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici
ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar və
ya 29,6% azdır.
Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın,
2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard
dollar və ya 1,6 dəfə azalıb.
Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə
çoxdur.

