Yerli təşkilatın saytı hakerlərin hədəfi oldu

Baş səhifə

Bakı.Trend:

Yerli təşkilatlardan birinə məxsus veb-resurs kiberhücuma məruz
qalıb. Kibercinayətkarlar serverə zərərli kod və fayllar
yerləşdirərək ondan digər ölkələrin informasiya sistemlərinə
icazəsiz müdaxilə üçün istifadə ediblər.

Bu barədə Trend-ə Elektron Təhlükəsizlik Xidmətindən məlumat
verilib.

Bildirilib ki, eyni zamanda, həmin infrastruktur vasitəsilə
istifadəçilərin fişinq məqsədli saxta resurslara yönləndirilməsi
təmin olunub.




Elektron Təhlükəsizlik Xidmətinin (ETX) həyata keçirdiyi
operativ tədbirlər sayəsində zərərli fayllar serverdən tamamilə
silinib, potensial boşluqların işlək mexanizmləri yoxlanılıb və
informasiya sisteminin normal iş fəaliyyəti bərpa edilib.

Elektron Təhlükəsizlik Xidməti hadisə ilə əlaqədar informasiya
sistemləri sahiblərinə bir daha informasiya sistemləri və
infrastrukturlarının kibertəhlükəsizlik tələblərinə uyğunluğunun
yenidən qiymətləndirilməsini və zəruri təhlükəsizlik tədbirlərinin
tətbiqini daim nəzarətdə saxlanılmasını tövsiyə edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir