Zakir Həsənov döyüş atışlı taktiki təlimi yoxladı (FOTO)

Baş səhifə

Bakı.Trend:

Müdafiə Nazirliyinin rəhbərliyi və digər vəzifəli şəxslər N
hərbi hissəsində keçirilən döyüş atışlı taktiki təlimin gedişatını
yoxlayıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən (MN) məlumat
verilib.

Bildirilib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənova
xəritə üzərində təlimin mövzusu, mərhələləri və icra olunma
ardıcıllığı məruzə edilib.




Qeyd olunub ki, cari ilin hazırlıq planına uyğun olaraq müasir
döyüş üsulları nəzərə alınmaqla keçirilən taktiki təlimin əsas
məqsədi yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik
qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma
şəraitində bölmələrin idarə edilməsi, eləcə də şəxsi heyətin nəzəri
və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki
fəaliyyətlərini və şəxsi heyətin döyüş hazırlığını yüksək
qiymətləndirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir