Azərbaycanda işə qəbul qaydası dəyişir

Baş səhifə

Bakı. Trend:

Vətəndaşlar işə qəbul edilərkən dövlət narkoloji tibb müəssisəsi
tərəfindən verilən tibbi yoxlama haqqında rəy təqdim etməli
olacaqlar.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, işçinin səhhətinə, sağlamlığına
mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək
şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi
məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu
qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən
işçilər sağlamlığı haqqında tibbi arayış təqdim
etməlidirlər.

Qanun layihəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən
narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş
peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət
narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi
yoxlama) haqqında rəy təqdim etməli olacaqlar.

Yuxarıda nəzərdə tutulmuş arayış və rəy olmadan işçinin
müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağan
ediləcək.




Həmçinin, tərəflərin iradəsindən və ya istəyindən asılı
olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda da xitam
veriləcək
:

  • tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji
    xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti
    nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi
    ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya
    belə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründə
    tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olması
    müəyyən edildikdə;
  • işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər
    olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə
    əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi,
    ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş
    yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək
    müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin
    əməyindən istifadə olunmasına yol verilməyən hallarda.

Bununla yanaşı, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti
nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi
ilə bağlı işçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin
tibbi müayinədən (tibbi yoxlamadan), sonralar isə vaxtaşırı, habelə
əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan
psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı
şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal tibbi
müayinədən (tibbi yoxlamadan) keçməsi işəgötürənin
hesabına
təmin edilməlidir.

Həmin şəxslər tibbi müayinədən (tibbi yoxlamadan) “Narkoloji
xidmət və nəzarət haqqında” Qanuna uyğun olaraq
keçəcəklər.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
birinci oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir