Rusiyada yeniyetmə metro qatarına atəş açıb

Baş səhifə

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada yeniyetmə hərəkətdə olan metro
qatarına pnevmatik silahdan atəş açıb.

Trend bu barədə
Rusiya KİV-ə istinadən xəbər verir.

Yerli polis idarəsi yeddinci sinif şagirdi olduğu deyilən həmin
yeniyetmənin kimliyini müəyyən edib.

DİN rəsmisi İrina Volkun sözlərinə görə, polisə depoda iki
vaqonun şüşələrinin sındırıldığı barədə məlumat daxil olub.




Hadisə qatarın açıq sahə ilə hərəkət etdiyi zaman
Arbatsko-Pokrovskaya xəttinin “İzmaylovskaya” və “Pervomayskaya”
stansiyaları arasında baş verib.

Daha sonra polis əməkdaşları hadisə yerinin yaxınlığında 7-ci
sinif şagirdini saxlayıblar. O, etiraf edib ki, yaşıdları ilə
birlikdə pnevmatik tapançadan metro qatarı istiqamətində bir neçə
dəfə atəş açıb və nəticədə vaqonların şüşələri zədələnib.

Volk qeyd edib ki, yeniyetmə profilaktik söhbət üçün polis
şöbəsinə aparılıb. Bundan əlavə, DİN nümayəndəsi bildirib ki, uşaq
əvvəllər də avtobusun kənarında hərəkət etdiyi üçün polisin diqqət
mərkəzinə düşüb.

Yeniyetmənin atasına qarşı valideynlik vəzifələrinin yerinə
yetirilməməsinə görə iki inzibati xəta protokolu tərtib edilib.
Məktəbli həmçinin Şərqi İzmaylovo rayonu üzrə yetkinlik yaşına
çatmayanlarla iş bölməsində profilaktik qeydiyyata götürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir