Fransada hərbi təyyarə qəzaya uğrayıb

Baş səhifə

Bakı. Trend:

Fransanın cənub-şərqində yerləşən Alpes-de-Haute-Provence
departamentində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təlim
təyyarəsi qəzaya uğrayıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Fransa Hərbi Hava və Kosmik Qüvvələrinə məxsus
“Cirrus SR-20” təyyarəsi yerli vaxtla saat 09:30 radələrində təlim
uçuşu zamanı Alpes-de-Haute-Provence departamentində qeyri-yaşayış
sahəsində düşüb.




İnsident nəticəsində 2 pilotun yaralandığı bildirilir.
Xilasedicilər tərəfindən aşkarlanan zamanı huşları özlərində olub
və dərhal xəstəxanaya çatdırılıblar.

Qəzanın səbəblərini müəyyən etmək məqsədilə Mülki Aviasiya
Təhlükəsizliyi üzrə Təhqiqat və Təhlil Bürosu tərəfindən araşdırma
başlanıb

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir