Dövlət büdcəsindən fiziki şəxslərə qaytarılan məbləğ açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Yanvar-may aylarında dövlət büdcəsindən fiziki və hüquqi
şəxslərə ümumilikdə 122,2 milyon manat qaytarılıb

Trend bu barədə
Maliyyə Nazirliyinə istinadən məlumat verir.

2026-cı ilin yanvar-may ayları ərzində dövlət büdcəsindən fiziki
və hüquqi şəxslərə ümumilikdə 122 milyon 161,4 min manat məbləğində
vəsait geri qaytarılıb.




“Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və
ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino,
muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş
ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən
ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların
alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir”,- deyə
məlumatda bildirilir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan
şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış
sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq
ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə
sanksiyaları da geri qaytarılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir