
Bakı.Trend:
ABŞ-nin Los-Anceles şəhərində “Cumanci”, “K9- İt işi”, “Loqan”
və “Top Qan- Maverik” kimi məşhur filmlərdə yaratdığı obrazlarla
yadda qalan aktyor Ceyms Hendi qətlə yetirilib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, qatil Los-Ancelesin Tarzana rayon polis bölməsinə
müraciət edərək törətdiyi cinayəti etiraf edib və “elə indicə günah
içində olan bir insanı öldürmüşəm” deyə bildirib.
Çağırış yerinə gedən polis evin həyətində çoxsaylı bıçaq
xəsarətləri almış 81 yaşlı Hendini huşsuz vəziyyətdə aşkarlayıb. O,
xəstəxanaya çatdırılsa da bir müddət sonra dünyasını dəyişib.
Məlumata görə, qətli törətməkdə şübhəli bilinən şəxs 44 yaşlı
Maykl Qledhildir. Qeyd olunur ki, onun anası həmin aktyorla
vətəndaş nikahında olub.
Şübhəli şəxsin saxlanıldığı bildirilir. Ona qarşı adamöldürmə
maddəsi ilə cinayət işi açılıb və məhkəməyə qədər şərti azadlığı
üçün 2 milyon dollar həcmində girov təyin edilib.

