Cəlilabadda narkotik əməliyyatı (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Tədbirlər zamanı əvvəllər məhkum olunmuş 34 yaşlı Ziya Heydərzadə
saxlanılıb. Ondan ümumilikdə 17 kiloqram marixuana, heroin, tiryək
və metamfetamin aşkarlanıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt
ərazisində müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini
bildirib.




Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir