
Bakı. Trend:
Türkiyənin Böyük Millət Məclisinin keçmiş sədri Hüsaməddin
Cindoruk 92 yaşında dünyasını dəyişib.
Trend bu barədə
Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, siyasətçi 25 dekabr 2025-ci il tarixində evdə
oksigen saturasiyasının aşağı düşməsi səbəbindən Koç Universiteti
Xəstəxanasına çatdırılmışdı.
Uzun müalicədən sonra Cindoruk reanimasiya şöbəsinə
yerləşdirilmişdi. Onun bu gün vəfat etdiyi bildirilib.
Ahmet Hüsaməddin Cindoruk (8 iyun 1933; İzmir) türk hüquqşünas
və siyasətçidir. 1991–1995-ci illər arasında Türkiyə Böyük Millət
Məclisinin sədri və 1993-cü ildə müvəqqəti prezident vəzifələrini
icra edib.
Eyni zamanda Doğru Yol Partiyasının və Demokrat Türkiyə
Partiyasının baş sədri olub.

