
Bakı. Trend:
“PAŞA Bank” İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin
abunə yazılışına start verib. Səhmlər artıq hər kəs üçün
açıqdır.
Trend xəbər
verir ki, bunu “PAŞA Bank”ın idarə heyətinin üzvü, baş maliyyə
inzibatçısı Murad Süleymanov bu gün təmsilçisi olduğu bankın
səhmlərinin satışının başlanmasına həsr olunmuş mətbuat
konfransında deyib.
O bildirib ki, abunə yazılışı 13 aprel-12 may 2026-cı il
tarixlərində davam edəcək:
“Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi, adlı səhm
investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN
olaraq müəyyən edilib, minimal alış | səhmdir və maksimum limit
tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə
illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı
Fond Birjası vasitəsilə həyata keçirilir”.
M. Suleymanov qeyd edib ki, investorlar “PAŞA Bank”, “Birbank
Invest”, həmçinin əsas anderrayter “PAŞA Kapital”, “ABB Invest”, “Unicapital” və “Leobank” platformaları və mobil tətbiqləri
vasitəsilə IPO-da iştirak edə bilərlər:
“Fiziki olaraq isə proses “PAŞA Bank”, “Kapital Bank” və “Uniban”k filiallarında, eləcə də “PAŞA Kapital” ofisində
mümkündür.
İnvestorlar üçün şəffaf, dayanıqlı və uzunmüddətli dəyər yaradan
bir maliyyə institutu olaraq bu addımı strateji baxımdan vacib
hesab edirik. Bu qərarla, biz illərdir qurduğumuz, müştərilərimizlə
və tərəfdaşlarımızla birlikdə yaratdığımız dəyəri daha geniş
auditoriya ilə bölüşmək istəyirik. Biz bu addımı eyni zamanda
ölkədə kapital bazarlarının inkişafına real töhfə kimi görürük.
Daha çox insanın investisiya imkanlarına çıxış əldə etməsi bizim
üçün önəmlidir”.

