
Bakı. Trend:
İranda uçuşların həyata keçirilməsi mümkün olan bəzi
aeroportlarda tezliklə yerli uçuşlara start veriləcək.
Trend-in
məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq
İranın Aeroportlar Şirkətində görülən işlərlə yaxından tanış
olduqdan sonra bildirib.
Onun sözlərinə görə, ölkənin hava sənayes işçilərinin səyləri
nəticəsində bu sahədə bərpa işləri daha sürətlə həyata
keçirilir.
Sadeq bildirib ki, ölkə aeroportlarının dəyən ziyanların dəqiq
şəkildə araşdırılması və bərpa olunması istiqamətində ciddi
addımların atılması nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.

