İran müzakirə və anlaşmaya hazırdır

Baş səhifə

Bakı. Trend:

İran məntiq və prinsiplərə əsasən ABŞ tərəfi ilə müzakirə
aparmağa və razılaşma əldə etməyə hazırdır.

Trend-in
məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sədri Qulamhüseyn
Mohseni Ejei Məhkəmə Sisteminin Ali Şurasının üzvləri ilə görüşdə
deyib.

Onun sözlərinə görə, İran heyəti parlament sədri Məhəmməd Baqir
Qalibafın başçılığı ilə müzakirələrdə İranın haqlı hüququnu və əldə
etdiyi nailiyyətləri qoruyub. Lakin ABŞ tərəfinin fərqli tələbləri
nəticəsində müzakirələr uğurla nəticələnməyib.




Mohseni Ejei bildirib ki, hazırda İranda bütün qüvvələr,
diplomatlar və vətəndaşlar bütün sahələrdə əldə olunan
nailiyyətlərinin qorunmasında yekdildir.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir