
Bakı. Trend:
Martda yaşa görə aylıq sosial müavinət alanların sayı
açıqlanıb.
Trend xəbər
verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin mart ayında yaşa görə aylıq sosial
müavinət alanların sayı 172 359 nəfər olub. Onların 37,9%-ni
kişilər, 62,1%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, yaşa görə ödənilən aylıq sosial müavinətin məbləği
220 manatdır. Bu müavinət rəsmi gəliri və ya iş yeri olmayan
şəxslərə dövlət büdcəsi hesabına ödənilir.
Xatırladaq ki, ötən ilin mart ayında Azərbaycanda yaşa görə
aylıq sosial müavinət alanların sayı 161 623 nəfər olub.

