
Bakı.Trend:
Yaponiyada iqlim dəyişiklikləri fonunda sakura yox ola bilər.
Problemin həlli üçün daha istiliyə davamlı yeni sakura sortlarının
yaradılması lazımdır.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə barədə bioloq Dmitri
Safonov bildirib.
Onun sözlərinə görə, sakura aşağı temperaturlara ehtiyac duyur.
Qlobal istiləşmə səbəbindən o, getdikcə daha mülayim keçən qışları
çətinliklə keçirir, zəif çiçəkləyir və tez solur. Temperaturun cəmi
iki dərəcə artması belə yapon albalısının qış yuxusundan çıxma
prosesini poza bilər.
Safonov qeyd edib ki, artıq hazırda klassik növlərlə müqayisədə
qışda daha az soyuq tələb edən çoxsaylı sakura hibridləri mövcuddur
— bəziləri üçün iki həftəlik şaxta belə kifayət edir. Bundan əlavə,
ağacları süni şəkildə soyutmaq mümkündür, lakin ölkə üzrə
milyonlarla bitkidən söhbət getdiyi üçün bu ideyanın praktik həyata
keçirilməsi çətindir.

