Xəstəliyə görə cəzadan azad olunmaq istəyənlərlə bağlı yeni tələb

Baş səhifə

Bakı. Trend:

Məhkəmədə xəstəliyə görə cəzadan azad etmə ilə bağlı
müraciətlərdə məhkumun mövqeyi onun iclasa gəlməsi, zərurət olduqda
videokonfrans formatında iştirakı ilə dəqiqləşdirilməlidir.

Trend-in əldə
etdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikasının rayon
(şəhər) və apellyasiya məhkəmələrinə göndərilən tövsiyədə
bildirilib.

Vurğulanıb ki, xəstəliyə görə cəzanı çəkməkdən azad etmə
institutunun tətbiqi zamanı məhkumun sağlamlıq vəziyyəti və onun
cəzanı faktiki çəkmək imkanının olub-olmaması nəzərə alınır.

Bununla da cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane
olan ağır xəstəliyə düçar olan şəxs cəzadan azad edilir.




Təcrübə göstərir ki, bəzi hallarda xəstəliyə görə cəzanı
çəkməkdən azad etmə barədə məhkum, onun müdafiəçisi və ya qanuni
nümayəndəsi tərəfindən edilmiş müraciətlərə məhkumun xəstəliyini
təsdiq edən sənədlər əlavə olunmur.

Həmçinin, müraciətlə bağlı mövqeyinin dəqiqləşdirilməsi üçün
məhkumun məhkəmə iclasında bilavasitə iştirakı təmin olunmadan və
ya iştirakı ilə bağlı məsələ lazımi qaydada həll olunmadan onun
cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olub-olmaması
ilə bağlı həkim komissiyasının rəyinin alınması üçün tibbi
şəhadətləndirilmə barədə qərar qəbul olunur.

Bildirilib ki, bu da sui-istifadə hallarının yaranmasına, o
cümlədən əsassız müraciətlər nəticəsində zəruri olmayan
təxliyələrin həyata keçirilməsinə və əlavə tibbi müayinələrin
aparılmasına səbəb olur.

Qeyd edilib ki, göstərilənləri nəzərə alaraq məhkəmələrə
aşağıdakılar tövsiyə olunur:

  • xəstəliyə görə cəzanı çəkməkdən azad etmə barədə məhkum, onun
    müdafiəçisi və ya qanuni nümayəndəsi tərəfindən verilmiş ərizələrlə
    əlaqədar işin hallarının tam, hərtərəfli və obyektiv
    araşdırılma;
  • müdafiəçinin və ya qanuni nümayəndənin ərizələrinə dair
    məhkumun mövqeyinin dəqiqləşdirilməsi üçün həmin müraciətlərə
    məhkum edilmiş şəxslərin iştirakı ilə baxılması;
  • səhhətinin vəziyyəti məhkumun məhkəmə iclasında bilavasitə
    iştirak etməsinə imkan vermədikdə videokonfrans əlaqə sistemindən
    istifadə olunması;
  • müraciətə məhkumun iddia edilən xəstəliyə düçar olduğunu təsdiq
    edən tibbi sənədlərin əlavə olunmadığı aşkar edildikdə belə
    natamamlığın cəzanı icra edən müəssisə və orqanlardan həmin
    sənədlər tələb edilməklə aradan qaldırılması.
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir