
Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş ABŞ və İran arasında
danışıqların davam etdirilməsinin vacib olduğunu bildirib.
Trend-in
məlumatına görə, bu barədə A. Quterreş jurnalistlərə deyib.
O, uzun sürən və mürəkkəb münaqişənin ilk sessiyada həll
edilməsi gözləntisini qeyri-real adlandırıb.
“Deməliyəm ki, bu danışıqların davam etdirilməsinin son dərəcə
vacib olduğunu düşünürəm. Düşünürəm ki, belə mürəkkəb və uzun
müddətdir davam edən bir məsələnin danışıqların ilk sessiyasında
həll olunacağını gözləmək qeyri-real olardı. Ona görə də,
danışıqların davam etməsinə və danışıqlar davam etdikcə atəşkəsin
qorunmasına ehtiyacımız var”, – deyə o bildirib.

