Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2026-cı
ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabat
dövrünün yekunlarına əsasən, Bank əsas maliyyə istiqamətləri üzrə
dayanıqlı inkişaf dinamikasını qoruyub saxlayaraq bazardakı lider
mövqelərini daha da gücləndirib.

Əldə olunan nəticələr müştəri yönümlü yanaşmanın
gücləndirilməsi, rəqəmsal imkanların genişləndirilməsi və risklərin
effektiv idarə olunmasına əsaslanan dayanıqlı biznes modelinin
ardıcıl tətbiqinin məntiqi nəticəsidir.

Belə ki, Bank ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas
maliyyə göstəricilərində artım əldə edərək nəzərəçarpacaq müsbət
dinamika nümayiş etdirib.

2026-cı ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri:




  • Aktivlər 18% artaraq 2,64 mlrd
    manat
    təşkil edib;
  • Məcmu kapital 13,5% artaraq 264,05 mln
    manat
    olub;
  • Kredit portfeli 9% artaraq 1,64 mlrd
    manat
    təşkil edib;
  • Xalis faiz gəlirləri 15,2% artaraq
    47,2 mln manat olub;
  • Xalis əməliyyat mənfəəti 22,7% artaraq
    22,4 mln manat səviyyəsinə çatıb;
  • Xalis mənfəət 17,7% artaraq 17,03 mln
    manat
    təşkil edib.
  • Depozit portfeli 1,2 mlrd manat olmuşdur ki,
    bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən
    biridir.

Maliyyə sabitliyinin mühüm göstəriciləri:

  • I dərəcəli kapitalın adekvatlıq əmsalı
    10,15% (norma 6,5%)
  • Məcmu kapitalın adekvatlıq əmsalı – 13,23%
    (norma 12,5%)
  • Leverec əmsalı – 7,57% (norma 5%)
  • Qeyri-işlək kreditlərin bankın ümumi kredit
    portfelindəki payı – 0,77% təşkil edib, bu isə bank sektorunda ən
    aşağı göstəricilərdən biridir.

Qeyd etmək lazımdır ki, 2026-cı ilin birinci rübü ərzində Bank
Respublika, müştəri xidmətinin keyfiyyətini artırmaq və məhsul
çeşidini genişləndirmək məqsədilə bir sıra strateji təşəbbüsləri
uğurla həyata keçirib. Xüsusilə rəqəmsal transformasiya sahəsində
atılan addımlar, bank xidmətlərinin əlçatanlığını və operativliyini
əhəmiyyətli dərəcədə artırıb.

📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr:  🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn | 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir