“Bavariya” və “Arsenal” yarımfinala yüksəlib – Çempionlar Liqası

Baş səhifə

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında son iki yarımfinalçı bəlli
olub.

Trend xəbər verir ki, “Sportinq” “Arsenal”la qarşılaşıb. 0:0 hesabı ilə yekunlaşan
matçdan sonra “topçular” yarımfinala yüksəlməyi bacarıb.

“Real” da öz növbəsində Almaniyada “Bavariya” önünə çıxıb.
Gərgin keçən matçda “Bavariya” 4:3 hesabı ilə qalib gələrək adını
növbəti mərhələyə yazdırmağı bacarıb.

Qeyd edək ki, yarımfinal mərhələsində PSJ “Bavariya” ilə, “Arsenal” isə “Atletiko” ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları




15 aprel

23:00 “Arsenal”- “Sportinq” 0:0 (İlk oyun 1:0)

23:00 “Bavariya”- “Real” 4:3 (İlk oyun 2:1)

Qollar: Pavloviç, 6, Keyn, 38, L. Diaz, 89, Olise, 94, – A.
Güler 1, 29, Mbappe, 42

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir