Gürcüstanın xarici ticarət dövriyyəsi artıb

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın xarici ticarət göstəricilərində əhəmiyyətli artım
qeydə alınıb.

Trend xəbər verir ki, bu
barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi
məlumat yayıb.

Nazir müavini Vaxtanq Tsintsadze bildirib ki, 2026-cı ilin mart
ayında xarici ticarətdə ixrac həcmi 697 milyon dolları ötərək
rekord səviyyəyə çatıb.




Onun sözlərinə görə, yanvar–mart dövründə ixrac ümumilikdə
təxminən 1,7 milyard dolları ötüb. Bu göstərici ötən ilin eyni
dövrü ilə müqayisədə təxminən 23 faiz artım deməkdir.

Nazir müavini qeyd edib ki, ümumi xarici ticarət dövriyyəsi də
artım nümayiş etdirib. Mart ayında ticarət dövriyyəsi 2,28 milyard
dollar təşkil edib ki, bu da illik müqayisədə 9,7 faiz artım
deməkdir. Yanvar–mart aylarında isə ümumi ticarət dövriyyəsi 5,86
milyard dollara çatıb.

Vaxtanq Tsintsadze vurğulayıb ki, bu göstəricilər ölkədə
iqtisadi aktivliyin artdığını göstərir və Gürcüstan
iqtisadiyyatının beynəlxalq maliyyə institutlarının proqnozlarından
daha yüksək templə inkişaf edə biləcəyini ehtimal etməyə əsas
verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir