Gürcüstanın beynəlxalq valyuta ehtiyatları kəskin artıb

Baş səhifə

Bakı. Trend:

Gürcüstan Milli Bankının beynəlxalq valyuta ehtiyatları artaraq
bu ilin sonuna kimi 7 milyard dollara çatacaq.

Trend xəbər verir ki, bu
barədə “Tbilisi – Galt&Taggart” İnvestisiya Bankı məlumat
yayıb.

Bankın dərc etdiyi həftəlik icmala əsasən, 2026-cı ilin mart
ayında Gürcüstanın beynəlxalq valyuta ehtiyatları illik müqayisədə
46,5 faiz artaraq 6,3 milyard dollar təşkil edib.




Bununla belə, aylıq müqayisədə ehtiyatlarda azalma qeydə alınıb.
Mart ayında göstərici 5,2 faiz və ya 343,4 milyon dollar azalıb. Bu
azalma əsasən monetar qızılın dəyərinin ucuzlaşması, eləcə də
hökumət və bank sektorunun valyuta əməliyyatları ilə izah
olunur.

Bankın hesabatında qeyd edilir ki, 2026-cı ilin mart ayına olan
vəziyyətə görə, monetar qızıl ümumi beynəlxalq ehtiyatların 16,7
faizini təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir