
Bakı. Trend:
Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) üsyançı
hərəkatı İrana dəstək məqsədilə Qırmızı dənizdə neft tədarükünün
alternativ kanalını bağlaya bilər.
Trend xəbər verir
ki, bu barədə “CNN” telekanalının analitik materialında
bildirilir.
Qeyd olunur ki, ABŞ tərəfindən Hörmüz boğazının bloklanması
fonunda İran hazırda “strateji tapmaca”nı həll etməlidir. “CNN”
bildirir ki, münaqişənin eskalasiyası variantları risklidir, çünki
bu, döyüş əməliyyatlarının yenidən başlanmasına səbəb ola, həmçinin
ABŞ və İsraillə əldə olunmuş atəşkəsi poza bilər.
Bu baxımdan, telekanalın analitiklərinin fikrincə, İran
dəstəklədiyi husilərdən istifadə edə bilər və onlar Qırmızı dəniz
vasitəsilə neft tədarükünün alternativ marşrutunu bağlaya
bilərlər.
“CNN”in materialında qeyd olunur ki, belə bir addım dünya
iqtisadiyyatına sarsıdıcı zərbə vuracaq və şübhəsiz, müharibənin
nəzarətdən çıxa biləcəyi səbəbindən Tramp administrasiyasına siyasi
təzyiqi artıracaq.

